Türkiyə superliqasında 18-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, milli komandamızın hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” öz meydanında “Adanaspor”u qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:0.
Oyuna start heyətdə başlayan Dəniz Yılmaz matçın 83-cü dəqiqəsində Sərcan Yıldırımla əvəzlənib.
Qeyd edək ki, "Bursaspor" 27 xalla 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi