Serbiyanın Kosovoyla bağlı şikayətinə baxıldı

10:24 - 25 Yanvar 2017

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) Serbiya Futbol Federasiyasının (SFF) Kosovonun UEFA-nın üzvü olmasıyla bağlı şikayətini cavablandırıb.

 

Sportal.az xəbər verir ki, UEFA-nın 55-ci üzvü olan Kosovonun üzvlüyünün ləğvini istəyən serblərin şikayətini CAS qəbul etməyib.

 

Xatırladaq ki, Kosovonun UEFA-nın üzvü seçilməsiylə Serbiya Futbol Federasiyasının prezidenti Tomislav Karadziç qərarın siyasi xarakter daşıdığını və futbolun siyasətə uduzduğunu bildirmişdi.

 

UEFA-nın Kosovonu üzvlüyə qəbul etməsindən sonra FİFA da eyni addımı atmışdı.

 

Hazırda Kosovo DÇ-2018-in seçmə mərhələsində mübarizə aparır.

 

Xəbər xətti