Əlcəzair millisinin baş məşqçisi Corc Lekens istefa verib.
Sportal.az xəbər verir ki, buna səbəb yığmanın Afrika Millətlər Kubokunda uğursuz çıxışı olub. 67 yaşlı belçikalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlama verərək istefa verdiyini bildirib:
“Yığmaya nə qədər bağlı olsam da, istefa ən düzgün qərardır. Bu, hər iki tərəf üçün xeyirli olacaq”.
3 ay əvvəl Əlcəzair millisinin “sükanı arxasına” keçən çalışdırıcı 6 oyunda 2 qələbə qazanıb.
Afrika Millətlər Kubokunun qrup mərhələsində B qrupunda çıxış edən komanad 3 oyuna 2 xal toplayaraq turnirlə vidalaşıb.
saytlarin hazirlanmasi