"Bursaspor"un hücumçusu Dəniz Yılmaz Türkiyə kubokunun qrup mərhələsinin 6-cı turunda aşağı liqa təmsilçisi "Ümraniyespor"la səfər oyununda iştirak etməyəcək.
Sportal.az xəbər verir ki, "Bursaspor"u müvəqqəti çalışdıran klubun 21 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Tunahan Akdoğan millimizin hücumçusunun adını sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil etməyib.
Qeyd edək ki, Türkiyə kubokunda G qrupunda çıxış edən "Bursaspor" növbəti mərhələyə yüksəlmək şanslarını itirib.
Əlavə edək ki, "Ümraniyespor" - "Bursaspor" görüşü bu gün Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
saytlarin hazirlanmasi