Millimizin üzvü klubundan ayrıldı

13:01 - 26 Yanvar 2017

Millimizin üzvü Ufuk Budak Türkiyənin "Kayserispor" klubundan ayrılıb. 

 

Sportal.az xəbər verir ki, məşqçilər korpusunun qərarına əsasən əsas komandadan uzaqlaşdırılan Budak əvəzedici və aşağı yaş qrupları üzrə komandalarda oynamaq istəməyib. O, "Kaysersipor"la 2018-ci ilin yayında başa çatacaq müqaviləsinə xitam verilməsi üçün  klubda olan bütün alacaqlarından imtina edib. 


Qeyd edək ki, 26 yaşlı sol cinah müdafiəçisi "Kayserispor"a "Qaziantep BB"dən transfer edilmişdi.

 

Əlavə edək ki, statistikalara görə, Ufuk Budak Super Liqada top qəbulunda ən çox səhv edən müdafiəçidir. Bu göstəricidə ən yaxşı "Beşiktaşı"ın müdafiəçisi Adrianodur.

 

Xəbər xətti