Türkiyə kubokunda qrup mərhələsinin VI turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" klubu sonuncu turda öz meydanında "Konyaspor"u qəbul edəcək.
Artıq az sonra başlayacaq oyun üçün komandaların iştirak ərizəsi də açıqlanıb. Şeydayevin adı "18-lik"ə daxil edilməyib.
Maraq üçün bildirək ki, bu oyunun "Trabzsonspor" üçün heç bir əhəmiyyəti yoxdu. Matçın nəticəsindən asılı olmayaraq, "bordo mavilər" növbəti mərhələyə adlaya bilməyəcəklər.
saytlarin hazirlanmasi