Millinin üzvü: "Barselona"da ancaq topdaşıyan olardım"

10:10 - 27 Yanvar 2017

İtaliya millisinin və MLS-də çıxış edən "Toronto" klubunun hücumçusu Sebastian Covinko maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu ötən il "Barselona"dan aldığı təklifi qəbul etmədiyini söyləyib:

 

"Ötən "Barselona"dan transfer təklifi aldım. Amma mən daim oynamaq istədiyim üçün bu təklifi qəbul etmədim. Messi, Suares, Neymar olan yerdə mən ancaq topdaşıyan olardım".

 

Covinko gələcək karyerasından da danışıb:

 

"Çin klublarının transferləri həqiqətən də həyəcan verir. Mənimlə də maraqlanmışdılar. İtaliyadan da təklif var. Amma "Toronto" ilə də danışıqlar aparacam. Burada özümü daha rahat hiss edirəm".

 

Qeyd edək ki, Covinko 2015-ci ildə "Yuventus"dan "Toronto"ya transfer olub.

Xəbər xətti