Çin dünya transfer bazarının TOP-5-də

15:41 - 27 Yanvar 2017

FIFA transferlərə ən çox pul xərcləyən ölkələr açıqlanıb. Ötən il transferlərə ən çox pul xərcləyən ilk 5 ölkə siyahısında müvafiq olaraq  İngiltərə, Almaniya, İspaniya, İtaliya və Çin yer alıb.


Sportal.az xəbər verir ki, futbolçulara fantastik pullar xərcləyən Çin 2013-cü ildə beynəlxalq transferlərə 27,8 milyon avro ödəyib. 2015-ci ildə bu rəqəm 168,3 milyona yüksəlib. Ötən ildə Çin klubları ümumilikdə transferlərə 451,3 milyon dollar xərcləyib.


İlk pillədə olan İngiltərə isə ötən il klublar xarici transferlərə görə ümumlikdə 1,37 milyard dollarından keçib. Ümumilikdə isə ölkə xaricindən edilən transferlərə xərclənilən vəsait 14 dəfə artaraq, 4,79 milyard dollara çatıb.

 

Xəbər xətti