Hollandiyanın "Qoy Ehed İqls" klubu millimizin və "Trabzonsor"un futbolçusu Ramil Şeydayevi icarəyə götürəcəyi ilə bağlı iddialara münasibət bildirib.
Sportal.az "soccernews.nl" nəşrinə istinadən xəbər verir ki, klubun texniki direktoru Dennis Bekking 20 yaşlı hücumçu ilə maraqlanmadıqlarını deyib. O, Şeydayevlə bağlı "Trabzonspor"la danışıqlar aparmadıqlarını bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatı "Qoy Ehed İqls"in Ramil Şeydayevi icarəyə götürmək istədiyini yazmışdı.
saytlarin hazirlanmasi