Millimizin üzvü "Manisaspor"da

00:24 - 1 Fevral 2017

Millimizin üzvü Ufuk Budakın yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, “Kayserispor”un əsas komandasında uzaqlaşdırılan, daha sonra öz istədiyi ilə komandanı tərk edən müdafiəçi karyerasını yenə Türkiyədə davam etdirəcək. Cinah müdafiəçisi I liqada mübarizə aparan “Manisaspor” klubu ilə münasibətlərini rəsmiləşdirib. 

 

Qeyd edək ki, 26 yaşlı futbolçu mövsümün əvvəlində “Qaziantep BB”dən “Kayserispor”a keçmişdi.

Xəbər xətti