Ramil Şeydayev ən zəiflər sırasında FOTO

10:56 - 2 Fevral 2017

Türkiyə Super Liqasında çıxış edən komandaların heyətlərində forma geymiş 1996-cı il təvəllüd və ondan aşağı yaşlı futbolçuların statistikası açıqlanıb.

 

Sportal.az xəbər verir ki, millimizin və "Trabzonspor"un üzvü olan Ramil Şeydayev də siyahıda yer alıb. İlk dövrə ərzində 20 gənc futbolçu şans qazanıb. 

 

Ən çox forma şansı qazanan gənc oyunçu "Başakşəhər"in heyətində çıxış edən Cengiz Ündərdi. Gənclərin arasında ən çox qol vuran oyunçu isə "Bursaspor"un forvardı Kubilay Qanadsızquşdu.

 

Ən az oynayan oyunçular arasında yer alan Ramil Şeydayev 1 oyunda şans qazanıb və sarı vərəqə ilə cəzalanıb. Ramil siyahıda yalnız komanda yoldaşı Abdulkadir Ömür və "Kayserispor"da çıxış edən Furkan Yamanı qabaqlamağı bacarıb.

 

Xəbər xətti