Millimizin rəqibinin baş məşqçisi: "Dünya çempionatına vəsiqə qazanmaq çətindir"

12:15 - 2 Fevral 2017

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla eyni qrupda yer Norveç yığmasının baş məşqçi postuna isveçli mütəxəssis Lars Laqerbekin gətirildiyi haqda məlumatlısız.

 

Sportal.az xəbər verir ki, 68 yaşlı çalışdırıcı gələcək hədəflərindən danışıb:

 

“Bu komandada potensial görürəm. Düzgün işlər qurmalı və planlaşdırmalıyıq. DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq çətindir. Qrupdakı növbəti 2 oyun bizim üçün çox vacibdir. Bu, çox çətin tapşırıqdır. Amma şanslarımız davam edir. Əsas hədəfimiz AÇ-2020-nin final mərhələsində çıxış etməkdir”. 

 

Xatırladaq ki, Norveç növbəti iki oyunu səfərdə Şimali İrlaniyaya, evdə isə Çexiyaya qarşı keçirəcək.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Norveçin aktivində 3 xal var və 5-cidir. Azərbaycan yığması isə qrupda 7 xalla Almaniya və Şimali İrlandiyadan sonra 3-cüdür.

Xəbər xətti