Məşhur argentinalı futbolçu Pablo Aymar karyerasını bərpa edib.
Sportal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi sabiq komandası "Estudiantes Rio Kuarto"ya qayıdıb. Buna adıçəkilən klubun düşdüyü çətin durum səbəb olub. Belə ki, Aymar Torneo Federal B liqasında mübarizə aparan ilk komandasına kömək etmək qərarına gəlib.
Qeyd edək ki, "Valensiya" "Saraqosa" və "Benfika" kimi klublarda çıxış edən Aymar karyerasını 2015-ci ildə "River Pleyt"də başa vurmuşdu. Aymar Argentina millisinin heyətində 52 oyun keçirib və 8 qol vurub.
saytlarin hazirlanmasi