Afrika Millətlər Kubokunda 3-cü yerin sahibi bəlli olub.
Sportal.az xəbər verir ki, 3-cü yer uğrunda mübarizədə yarımfinalda Misirə məğlub olmuş (1:1, pen-3:4) Burkina Faso və Kameruna uduzmuş (0:2) Qana üz-üzə gəlib.
Oyunun taleyini bir qol həll edib. Alain Traorenin oyunun 90-cı dəqiqəsində vurduğu qol Burkina Fasoya bürünc medal qazandırıb.
Bu, Burkina Faso millisinin tarixi ərzində qitə birinciliyində qazandığı ikinci medal olub. Bunadək “yaşıl-qırmızılar” bir dəfə Afrika Millətlər Kubokunu ikinci pillədə başa vurmuşdu (2013).
Afrika Millətlər Kuboku, 3-cü yer uğrunda oyun
Burkina Faso - Qana 1:0
Qol: Alain Traore, 90.
saytlarin hazirlanmasi