"Monako" və "Barselona"dan 100-cü qol

13:14 - 5 Fevral 2017

“Böyük beşlik”də çıxış edən iki komanda mövsüm ərzində 100-dən çox qol vurmağı bacarıb.

 

Sportal.az xəbər verir ki, “Barselona” və “Monako” bu göstəriciyə nail olublar. “Barselona” İspaniya çempionatında “Atletik”ə qalib gəldikdən (3:0), “Monako” isə eyni hesabla Fransa çempionatında “Nitsa”nı məğlub etdikdən sonra mövsüm ərzində bütün türnirlərdə vurduqları qolların sayını 100-ə çatdırıblar.

 

“Monako” milli çempionatda daha məhsuldardı. Fransa çempionatının lideri 68 qol vurub. “Barselona” isə La Liqada 55 dəfə fərqlənib.

 

Xəbər xətti