Rusiyaya sonuncu vəsiqənin sahibi müəyyənləşdi

11:35 - 6 Fevral 2017

Bu il Rusiyada keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, son vəsiqəni Afrika Millətlər Kubokunun qalibi Kamerun yığması qazanıb. Uqo Brossun yetirmələri B qrupunda Çili, Avstraliya və Almaniya birgə yer alacaq. A qrupunda isə Rusiya, Portuqaliya, Yeni Zelandiya və Meksika çıxış edəcək.

 

Qeyd edək ki, Konfederasiyalar Kuboku iyunun 17-dən iyulun 2-dək Rusiyanın Kazan, Soçi, Sankt-Peterburq və Moskva şəhərlərində keçiriləcək.

Xəbər xətti