İrlandiya millisinin sabiq üzvü Robbi Kin karyerasını bitirmək niyyətində deyil.
Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" klubunun düşərgəsində məşq edir. Təcrübəli hücumçu açıqlamasında bildirib ki, "Əl Əhli"dən və bir neçə klubdan təklif alıb. O, yekun qərarını yaxın günlərdə verəcəyini bildirib. Kin futboldan getmək niyyətində olmadığını da vurğulayıb.
Qeyd edək ki, karyerası ərzində "İnter", "Totenhem", "Seltik" və "Liverpul" kimi komandalarda çıxış edən irlandiyalı futbolçunun son klubu ABŞ-ın "Los Anceles Qalaksi" klubu olub.
saytlarin hazirlanmasi