Məşhur italiyalı FİFA referisi Nikola Ritsoli 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarında ədaləti qorumayacaq.
Sportal.az xəbər verir ki, bu barədə 45 yaşlı referi İtaliya Arbitrlar Assosiasiyasına ünvanladığı məktubunda bildirib.
Ritsoli son 5 ildə İtaliyanın ən yaxşı hakimi seçilib, 2013-cü ilin Çempionlar Liqası və 2014-cü ilin dünya çempionatının final matçlarını idarə edib.
Xatırladaq ki, Ritsolli 2014 və 2015-ci ildə FİFA tərəfindən dünyanın ən yaxşı hakimi seçilib.
saytlarin hazirlanmasi