"Hoffenhaym"dan göndərildikdən sonra klubsuz qalan Kevin Kurayninin yeni iş yeri müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü karyerasını Belarusda davam etdirə bilər. Belə ki, 34 yaşlı hücumçu Brestin "Dinamo" klubunun düşərgəsində baxışdadır. Futbolçunun hazırlıq durumu məşqçilər korpusunu qane etsə, onunla rəsmi müqavilə imzanacaq.
Qeyd edək ki, Kuranyi karyerası ərzində "Ştuttqart", "Şalke", "Dinamo" (Moskva) kimi klublarda çıxış edib. O, 2003/08-ci illərdə Almaniya millisinə dəvət alıb.
saytlarin hazirlanmasi