Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Nikolay Adam Hindistanın U-17 yığmasından istefaya göndərilib.
Sportal.az-ın Hindistan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Adamın azərbaycanlı köməkçisi Etibar İbrahimov da istefaya göndərilib. Komandanın FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirə turnirində sonuncu yeri tutması məşqçilər korpusuna baha başa gəlib. Bundan başqa hər iki mütəxəssis əleyhinə futbolçular şikayət ərizəsi yazıblar. Onlar komanda üzvlərinə qarşı fiziki zorakılıqda ittiham olunublar.
Qeyd edək ki, Nikolay Adam 2015-ci ilin aprelindən Hindistanın U-17 millisində çalışırdı.
saytlarin hazirlanmasi