Maradonanın yeni iş yeri məlum oldu

14:06 - 10 Fevral 2017

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın yeni iş yeri məlum olub.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu bundan sonra FIFA-nın rəsmi səfiri olacaq. Bu barədə məşhur sima özü şəxsi sosial şəbəkə hesabında məlumat verib.

 

Qeyd edək ki, Maradona bir müddət əvvəl FİFA-nın prezidenti Canni İnfantinonu satqın adlandırmışdı:

 

"İnfantino satqındır. O, püşk atmada saxtakarlıq edib. İndi isə FİFA prezidenti olub. Hər şey çox pisdir. Prezident elə bir adam olmalıdır ki, püşk atmada şarların yerini dəyişib sponsorlardan milyonlar qazanmasın".

 

Əlavə edək ki, Maradona adını tarixinə yazdırdığı "Napoli" klubunun da səfiri təyin edilib. Əfsanəvi futbolçu səfir təyin edilməmişdən əvvəl klub prezidenti olan Aurelio De Laurentiisi Qonsalo İquani "Yuventus"a satdığı üçün "O, imkanı olsa, pula görə arvadını da satar" - deyərək aşağılamışdı.

Xəbər xətti