Braziliya və Argentina üz-üzə gələcək - Avstraliyada

14:53 - 11 Fevral 2017

Braziliya və Argentina milliləri yoldaşlıq oyununda qüvvələrini sınayacaqlar.

 

Sportal.az xəbər verir ki, komandalar bu ilin iyun ayında Avstraliyada üz-üzə gələcəklər. Bu barədə Avstraliyanın idman naziri Con Eren yerli mətbuata açıqlamasında məlumat verib. O, dünya futbolunun nəhənglərinin iyunun 9-da, Melburn şəhərinin 100 min tamaşaçı tutumuna malik MCG stadionunda üz-üzə gələcəyini deyib.

 

Xatırladaq ki, əzəli rəqiblərin son oyununda “sambaçılar” sevinib. Ötən ilin noyabr ayında, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Braziliyada keçirilən oyunda meydan sahibləri Filipe Koutinyo, Neymar və Paulinyonun qollarıyla 3:0 hesabıyla qalib gəlmişdi.

Xəbər xətti