Portuqaliya Premyer Liqasında 21-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” bu gün meydana çıxacaq. “Panteralar” “Braqa”nı qəbul edəcək.
17-ci turda “Benfika” ilə səfər oyununda rəqib oyunçularla dava edən və buna görə yerli federasiya tərəfindən 3 oyunluq cəza alan Kamranın cəzası artıq başa çatıb. Millimizin qolkiperi baş məşqçi Leal Migel şans verəcəyi təqdirdə, “Braqa” ilə oyunda “çərçivə”dəki yerinə qayıda bilər.
Qeyd edək ki, "Boavişta" - "Braqa" görüşü Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.
Əlavə edək ki, 20 oyundan 25 xalı olan “Boavişta” 12-ci, “Braqa” isə 37 xalla 4-cü yeri tutur.
saytlarin hazirlanmasi