Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budakın yeni komandası "Manisaspor" "Əskişəhərspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan inamlı qələbə ilə ayrılıb - 5:1.
Ufuk bu oyunda debüt edib. 90 dəqiqə meydanda olan millimizin üzvü üçün görüş kifayət qədər uğurlu alınıb. Belə ki, darmadağının əsasını məhz 38-ci dəqiqədə hesabı açan Budak qoyub.
"Manisaspor" hazırda 20 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi