Almaniya üçüncü Bundesliqasında 22-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın çıxış etdiyi "Duysburq" doğma meydanda "Proyssen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 3 - 2 hesablı qələbə ilə ayrılıb. Eratın adı bu oyunun iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Duysburq" 22 turdan sonra 42 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi