DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-ı millimizlə qarşılaşacaq Almaniya yığmasının Bakıya səfər proqramı açıqlanıb.
Sportal.az xəbər verir ki, Bundestim martın 24-ü Bakı vaxtı ilə 17:35-də çarter reysli ilə Düsseldorfdan Bakıya gələcək. Yoahim Lövün komandası iki gün “Boulevard Hotel”də qalacaq.
Almaniya millisi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək.
Martın 26-ı saat 20:00-da başlanacaq qarşılaşma bitdikdən Almaniya millisi vətəninə qayıdacaq.
saytlarin hazirlanmasi