Braziliyada futbol azarkeşləri arasında kütləvi dava-dalaş yaşanıb.
Sportal.az xəbər verir ki, hadisə “Batofoqo” - “Flamenqo” oyunundan əvvəl baş verib. Dava-dalaş nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə müxtəlif xəsarətlər alıb. Polis vəziyyəti nizamlamaq üçün gözyaşardıcı qazdan istifadə edib. Olayda təxminən 500-ə yaxın azarkeşin iştirak etdiyi bildirilir.
Qeyd edək ki, “Botafoqo” – “Flamenqo” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.
saytlarin hazirlanmasi