Dünən Portuqaliya Premyer Liqasında XXII turu çərçivəsində bir sıra oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun komandası “Boavişta” doğma azarkeşləri önündə “Braqa”nı qəbul edib və görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
“Benfika” ilə oyundan sonra Ağayevə verilən 3 oyunluq cəza müddəti başa çatsa da, 31 yaşlı qapıçı ehtiyat oyunçular skamyasında yer alıb. Artıq 4 oyundur ki, Kamran çərçivəyə həsrət qalıb. "Boavişta"nın qapısını yeni transfer Vaqner qoruyub. Braziliyalı qolkiper çərçivədə öz yerini möhkəmləndirir.
Kamranla yanaşı, Emin Mahmudov da ehtiyat oyuçular skamyasında şansını gözləyəcək.
Qeyd edək ki, 20 oyundan 25 xalı olan “Boavişta” 12-ci, onun bugünkü rəqibi “Braqa” isə 37 xalla 4-cü yeri tutur.
saytlarin hazirlanmasi