Asiya Futbol Konfederasiyası 22 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb.
Sportal.az xəbər verir ki, buna səbəb həmin futbolçuların danışılmış oyunlarda iştirak etmələridir. Cəzalananlar əsasən Laos və Kambocadan olan oyunçulardır.
Araşdırma davam etdiyi üçün hələlik həmin futbolçuların adları açıqlanmır.
FİFA-nın sanksiyaları beynəlxalq miqyasda genişləndirməsinin mümkünlüyü bildirilir.