Türkiyə Superliqasında XXI turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, turun açılış oyunu Kayseridə keçirilib. Millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" səfərdə "Kayserispor"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Bursaspor" məğlubiyyətində əsas səbəbkar məhz millimizin oyunçusu olub. Belə ki, Dəniz 19-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Bundan sonra "Kayserispor" oyunda təzyiqi artırıb və qələbə qollarını vurmağı bacarıb.
saytlarin hazirlanmasi