Amit Quluzadə oynadı, sabiq AZAL-lı üzüldü VİDEO

14:41 - 21 Fevral 2017

Amit Quluzadə Yunanıstanın AEL Larissa klubunda növbəti oyununu keçirib. 
 
Sportal.az xəbər verir ki, həmyerlimiz Yunanıstan çempionatının 21-ci turu çərçivəsində “Levadiakos”a qarşı keçirilən matça meydana çıxıb. 
 
Quluzadə 54-cü dəqiqədə Reyesin əvəzinə oyuna qoşulub. Amitin meydana çıxmasından sonra komandası 71-ci dəqiqədə qələbə qolunu vurub - 2:1. Həmyerlimiz 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

 

Xatırladaq ki, "Levadiakos"un qapısını AZAL-ın sabiq qolkiperi Stanislav Namaşko qoruyur. Moldovalı qolkiper 90 dəqiqə çərçivədə olub.

 
Qeyd edək ki, mövsümdə 4-cü qələbəsini qazanan AEL Limassol xallarının sayını 20-yə çatdırmaqla turnir cədvəlində 12-ci pilləyə yüksəlib. 

 


AEL Larissa vs Levadiakos 2-1 Highlights... by Flash-Score

Xəbər xətti