"Kaş ki, Messi braziliyalı olardı"

16:35 - 21 Fevral 2017

Braziliya millisinin baş məşqçisi Leonardo Bakşi Argentina yığmasının üzvü Lionel Messi haqda maraqlı fikirlər səsləndirib.

 

Sportal.az xəbər verir ki, "Tite" ləqəbli mütəxəssis İspaniya mətbuatına açıqlamasında ulduz futbolçuya heyranlığından bəhs edib.

 

"Qol epizodu yaratmaq baxımından qeyri-adi istedada malikdi. Meydançada başqa futbolçuların görə bilmədiklərini görə bilir. Düzü, onun Braziliyada doğulmasını istərdim. Kaş ki, Messi braziliyalı olardı" deyə, yığmanın baş məşqçisi açıqlamasında qeyd edib.

 

Bundan başqa Bakşi, Ronaldo və Messinin müqayisə olunma məsələsi barədə də fikrini bildirib: "İki fərqli oyunçudan söhbət edirik. Ronaldo bitiricidir, amma Messi yaradıcı və sehirli gücə malikdi. İkisi bir komandada çıxış etsə, rəqibləri məhv edərlər".

 

Qeyd edək ki, Leonardo Bakşi 2016-cı ildən  Braziliya millisinə rəhbərlik edir.

Xəbər xətti