"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola idealının kim olduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis Marselo Byelsanın dünyanın ən yaxşı məşqçisi olduğunu bildirib. Qvardiola növbəti mövsümdən etibarən Fransanın "Lill" klubunu çalışdıran Byelsanın ünvanına təriflər yağdırıb:
"Ona olan heyranlığım çox böyükdü. Byelsa futbolçuları daha yaxşı səviyyəyə çatdırır. Onunla çalışmış heç bir futbolçudan pis sözlər eşitməmişəm. Hər kəs Byelsa ilə çalışdığı üçün ona minnətdardı"
Qvardiola argentinalı çalışdırıcının ona da tövsiyyələr verdiyini deyib: "İndiyə qədər mənə öz tövsiyyələri ilə çox kömək edib. Onunla hər dəfə danışanda yeni şeylər öyrənirəm".
saytlarin hazirlanmasi