"Dəniz Yılmaz və Sərcan Yıldırımı ağıllanmaları üçün əsas komandadan uzaqlaşdırmışdıq".
Sportal.az xəbər verir ki, bu sözlər Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Mutlu Topçuya məxsusdur.
Bursa təmsilçisi Super Liqanın XXII turunda səfərdə "Kasımpaşa"nın qonağı olacaq. Bu matçdan öncə "Bursaspor TV"ə açıqlama verən baş məşqçi bir müddət öncə əsas komandan uzaqlaşdırılan Sərcan Yıldırım və millimizin üzvü Dəniz Yılmaz haqda danışıb: "Onların əsas komandadan uzaqlaşdırılmasına mən və rəhbərlik qərar vermişdik. İstəyirdik ki, bundan dərs alsınlar və növbəti oyunlara daha ciddi şəkildə hazırlaşsınlar. Artıq qərarımızı dəyişmişik və Dənizlə Sərcan komandamızla məşqlərə başlayıblar. Növbəti oyunlarda hər iki futbolçunun xidmətindən istifadə edəcəyəm".
Mütəxəssis futbolçulara pul cəzası verilib-verilməyəcəyini bilmir: "Klubumuzun rəsmi saytında bu barədə məlumat yer almışdı. Ancaq pul cəzasını baş məşqçi yox, rəhbərlik verir. Son qərarı da rəhbərliyimiz verəcək".
Qeyd edək ki, Dəniz Yılmaz XXI turda "Kayserispor"la oyunda qırmızı vərəqə aldığı üçün əsas komandadan qovulmuşdusa, Sərcan Yıldırım öz üzərində istənilən səviyyədə çalışmadığına görə əsas komandadan uzaqlaşdırılmışdı.
saytlarin hazirlanmasi