Dəniz Yılmazın komandası darmadağın oldu

23:57 - 24 Fevral 2017

Türkiyə Super Liqasında 22-ci turun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" səfərdə "Kasımpaşa"nın qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 4 - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, millimizin hücumçusu cəzalı olduğu üçün bu matçda komandasına kömək edə bilməyib.

Xəbər xətti