Almaniya üçüncü Bundesliqasında 24-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın çıxış etdiyi "Duysburq" doğma meydanda "Maqdeburq" ilə qarşılaşıb. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb. Eratın adı bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Duysburq" 24 turdan sonra 46 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi