Dünya futbolunun canlı əfsanəsi Pelenin oğlu Edson Çolbi Nasimentu həbs olunub.
Sportal.az xəbər verir ki, ona 13 illik həbs cəzası verilib. Braziliya məhkəməsi hələ 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb. Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir.
Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.
saytlarin hazirlanmasi