Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün Portuqaliya çempionatında 23-cü turun oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, "Boavişta" öz meydanında “Portu”nu qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 00.15-də başlanacaq.
Emin Mahmudov zədəli olduğundan Portu derbisini buraxacaq. Mahmudov 1 həftəyə geri dönəcək. Kamran Ağayevin isə qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyəcəyi gözlənilir.
Qeyd edək ki, 22 turdan sonra “Portu” 53 xalla 2-ci, “Boavişta” isə 29 xalla 8-ci yeri tutur.
saytlarin hazirlanmasi