Qazaxıstan yığmasının yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, Qazaxıstan yığmasını bundan sonra Aleksandr Borodyuk çalışdıracaq. Rusiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 54 yaşlı çalışdırıcı Rusiya millisində müxtəlif illərdə köməkçi məşqçi kimi çalışıb. Borodyukun son iş yeri Qazxıstanın "Kayrat" klubu olub.
Əlavə edək ki, Qazaxıstan DÇ-2018-in seçmə mərhələsində E qrupunda mübarizə aparır və 4 oyundan sonra 2 xal toplayaraq, qrupda sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi