Ötən günlərdə İraqın "Zaxo" klubundan qovulan rumıniyalı məşqçi Dorinel Muntyanu Almaniya mətbuatına müsahibə verib.
Sportal.az "Express" nəşrinə istinadən xəbər verir ki, vaxıilə "Qəbələ"də çalışmış 48 yaşlı mütəxəssis karyerasından danışıb. O, İraq və Azərbaycana gəlişinin səhv addım olduğunu deyib:
“Yenidən çalışmaq istəyirəm. Almaniya və ya qızım Byankanın işlədiyi Hollandiyada ola bilər. Təbii ki, indiki məqamda bu, çətindi. Çünki çox məşqçi orda iş axtarır. Mənim karyeramla bağlı səhvim Azərbaycan və İraqdan gələn təklifi qəbul etmək olub. Rumıniya yaxşıdı, burdan təkliflər var. Ancaq maliyyə baxımından problemlər mövcuddu, maaşlar verilmir. Kölndə evim var və burda dincəlirəm”.
Xatırladaq ki, Muntyanu 2014-cü ilin iyununda "Qəbələ"yə baş məşqçi təyin edilmişdi. O, 5 aydan sonra vəzifəsindən uzaqlaşdırlmışdı.
saytlarin hazirlanmasi