ÇSKA - "Benfika" oyunu Əliyar Ağayevə həvalə edildi

11:27 - 2 Mart 2017

UEFA növbəti dəfə Əliyar Ağayevə etimad göstərib.

 

Sportal.az xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Moskva) - "Benfika" matçını idarə edəcək.

 

Ona bu işdə Akif Əmirəli ilə Rza Məmmədov yardım edəcək. Dördüncü hakim funksiyasını isə Aleksandra Ponimoryava yerinə yetirəcək.

 

Azərbaycanlı hakimlər briqadasının işinə rusiyalı hakim-inspektor Yuri Baskakov qiymət verəcək. Oyunun UEA nümayəndəsi qazaxıstanlı Oljas Abrayev olacaq.

 

Qeyd edək ki, martın 7-də Moskvada keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə 17:00-da səsləndiriləcək.

Xəbər xətti