Portuqaliyanın "Baovişta" klubunda forma geyinən Azərbaycan millisinin üzvü Kamran Ağayevin zədələnməsi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Ağayev komandasının son məşqlərinin birində zədə alıb və məşqi yarımçıq tərk edib. Onun ölkə çempionatının XXIV turunda səfərdə "Moyrenense"yə qarşı baş tutacaq matçda iştirak etməyəcəyi dəqiqdir. Kamran hazırda müalicəsini davam etdirir.
Portu təmsilçisində forma geyinən millimizin digər üzvü Emin Mahmudov da zədədən əziyyət çəkir. Onun da hansı müddətdə yaşıl meydanlara qayıdacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Kamran Ağayev son oyunlarda "Boavişta"nın əsas heyətində düşməkdə çətinlik çəkir. Onun yayda komandadan ayrılacağı gözlənilir.
saytlarin hazirlanmasi