Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts yenidən ölkəmizə gələcək.
Sportal.az xəbər verir ki, 70 yaşlı mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində paytaxtımızda keçiriləcək Azərbaycan - Almaniya matçını izləyənlər arasında olacaq.
Foqts qarşılaşmanı canlı yayımlayacaq RTL telekanalında Almaniya yığmasının sabiq üzvü Yens Lemmanla birgə mütəxəssis kimi çıxış edəcək.
Xatırladaq ki, Berti Foqts 2008/14-cü illərdə millimizin baş məşqçisi olub.
Qeyd edək ki, qarşılaşma martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi