Qətər millisi Azərbaycanla oyun üçün heyətini açıqladı

11:07 - 6 Mart 2017

Martın 9-da Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Qətər yığmasının heyəti açıqlanıb. 

 

Sportal.az Qətər Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yərğmanın çalışdırıcısı Jorje Fossati 28 futbolçuya dəvət göndərib.

 

Qeyd edək ki, Qətər bu ay ümumilikdə 3 yoxlama oyunu keçirəcək. Komanda martın 23-də İran, 28-də isə Özbəkistan yığması ilə qarşılaşacaq.

 

Xatırladaq ki, Qətər – Azərbaycan matçı Dohada şəhərində yerləşən “Jassim bin Hamad” stadionunda keçiriləcək. Arena 15 min azarkeş tutumuna malikdir.

 

Azərbaycanla oyuna çağırılan futbolçular: Saad Əl Şeb, Omar Bari, Xəlifə Ababakar, İbrahim Majid, Medro Migel, Hamid İsmail, Mohammed Musa, Əhməd Yasser, Assim Madibo, Musab Keder, Bualem Xouki, Hassan Əl-Haidos, Ali Assad, Kərim Budiaf, Luis Martin, Əli Afif, Rodriqo Tabata, Ahmed Abdul Maqsud, Əkrəm Afif, Almoez Əli, Ahmed Alaa, Sebastian Soria, Meşal Abdullah, İsmail Mohammed, Yasser Abu Bakr, Mehdi Əli, Yusif Hüseyn, Fəhd Şunen.

Xəbər xətti