Xavi "Barselona"dan təklif gözləyir

18:59 - 7 Mart 2017

Qətərin "Əl Sədd" klubunda çıxış edən Xavi Hernandes sabiq klubu "Barselona"nın baş məşqçisi olmağı hədəfləyib.

 

Sportal.az xəbər verir ki, ispan futbolçu Fransanın "L'Equipe" qəzetinə verdiyi açıqlamada karyerasını bitirdikdən sonra Kataloniya təmsilçisini çalışdırmaq istədiyini bildirib.

 

"Barselona"nın baş məşqçisi olmağı hədəfləyirəm. Təbii ki, bu sadəcə məndən asılı deyil. Karyeramı bitirdikdən sonra şərtlərin necə olacağını bilmirəm. 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı lahiyəsinə kömək etmək üçün burada qalmağa və gənc futbolçulara dəstək olmağa davam edəcəm"

 

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 1998-2015-ci illərdə "Barselona"da çıxış edib. 37 yaşlı futbolçu Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 505 qarşılaşmada 58 dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti