Abubakar: “Azərbaycan millisi düşünüldüyündən güclüdür”

12:28 - 9 Mart 2017

“DÇ-2018-in seçmə mərhələsindəki oyunlar öncəsi Azərbaycanla qarşılaşmaq çox vacibdi. Xüsusən də, İranla oyunun hazırlığı baxımından çox önəmli olacaq”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Qətər millisinin üzvü Yasser Abubakara aiddir. Qətər millisi bu gün Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Federasiyanın rəsmi saytına açıqlama verən Abubakar millimizlə oyuna qələbə üçün çıxacaqlarını deyib:

 

“Komandamız texnikalı oyunu yüksək səviyyəyə çatdırmaq üçün çalışır. Fiziki gücümüzü yaxşlaşdırmaq üçün Azərbaycanla oyun yerinə düşür. Seçmə mərhələdə İran və Özbəkistana qarşı keçirəcəyimiz oyunlar bizim üçün çox vacibdir. Bu səbəbdən də Azərbaycanla oyunda qələbə qazanmağa, motivasiyamızı yüksəltməyə çalışacağıq. Azarkeşlərimizdən güclü dəstək gözləyirik”.

 

Yasser millimiz haqda da fikir bildirib:

 

“Azərbaycan millisi düşünüldüyündən güclüdür. Son vaxtlar əldə etdiyi nəticələr də onların hansı durumda olmasından xəbər verir. DÇ-2018-in seçmə mərhələsinə uğurlu start veriblər və final mərhələsinə vəsiqə qazanmaq üçün çalışırlar”.

 

Qeyd edək ki, Qətər – Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti