Martın 22-də Almaniya ilə İngiltərə milliləri arasında yoldaşlıq görüşü keçiriləcək.
Sportal.az xəbər verir ki, bu qarşılaşma Bundestimin hücumçusu Lukas Podolski üçün milli karyerasında sonuncu olacaq.
Almaniyalı ulduz həmin oyunla yığmadakı karyerasını başa vuracaq. Bu səbəbdən Almaniya Futbol Federasiyası sözügedən görüşə xüsusi olaraq hazırlaşır.
Biletləri indidən tükənən qarşılaşma üçün federasiya Podolskiyə bənzəyən 11 uşaq axtarır. Həmin uşaqlar futbolçularla birlikdə meydana çıxacaq.
Qurumun rəsmi saytında yayılan məlumatda bildirilir ki, uşaqlar 6-10 yaşlarında və boyu maksimum 1,48 olmalıdı.
Qeyd edək ki, sözügedən oyundan 4 gün sonra Almaniya millisi Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi