“Qəbələ” və “Neftçi”nin legionerləri millidə

01:31 - 11 Mart 2017

Gürcüstan millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Vladimir Vayss 24 futbolçuya dəvət göndərib. Həmin futbolçular arasında “Qəbələ”nin legioneri Nika Kvekveskirinin və “Neftçi”nin futbolçusu Georgi Navalovskinin də adı var.

 

Qeyd edək ki, Gürcüstan millisi DÇ-2018-in seçmə mərhələsində martın 24-də Serbiya yığması ilə qarşılaşacaq, bundan 4 gün sonra isə Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbər xətti