Almaniya millisinin iki yoxlama oyunu keçirəcəyi dəqiqləşib.
Sportal.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparan bundestim İspaniya və Braziliya ilə qarşılaşacaq. İspaniya ilə matç gələn il martın 23-də, Düsseldorfda baş tutacaq.
Almanlar “sambaçılar”la da gələn il üz-üzə gələcək. Dünya çempionları braziliyalıları da doğma meydanda sınağa çəkəcək. Qarşılaşmanın martın 27-də Berlin Olimpiya stadionunda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, hər iki görüş DÇ-2018-ə hazırlıq məqsədilə keçiriləcək.
saytlarin hazirlanmasi