Türkiyə Super Liasında 24-cü turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" səfərdə "Osmanlıspor"un qonağı olub. Qarşılaşma 1 - 1 hesablı bərabərliklə yekunlaşıb.
Dəniz Yılmaz oyuna start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib. Millimizin üzvü 40-cı dəqiqədə penalti qolu ilə matçda hesabı açıb.
Qeyd edək ki, bu nəticədən sonra aktivində 32 xal olan "Bursaspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi